Sosial
Fərhad Əhmədovun nar şirəsi dünya ermənilərini bir-birinə vurdu - FOTO
Rusiyalı hərbi ekspert İqor Korotçenko Moskvadakı mağazaların birində nar şirəsi alarkən rəfdə yanaşı qoyulmuş Azərbaycan və Ermənistan istehsalı olan şirələri görüb.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, ekspert Azərbaycanın “AzNar” QSC şirkəti tərəfindən istehsal olunmuş təbii nar şirəsini seçib və bunu özünün “Facebook” səhifəsində ictimailəşdirib.
Korotçenko öz seçimini Azərbaycanda istehsal olunmuş şirənin daha yaxşı qablaşdırılması və ciddi keyfiyyət nəzarətindən keçməsi, ən başlıcası isə Azərbaycanın “Rusiyaya dost və düzgün ölkə olması” ilə əsaslandırıb.
İqor Korotçenkonun bu seçimi ermənilərin ona qarşı sosial şəbəkələrdə kütləvi hücumuna səbəb olub.
“İndi mağazaya girdim, nar şirəsi almaq üçün: rəfdə iki istehsalçının məhsulu yanaşı qoyulub, sağda Azərbaycanın, solda Ermənistanın. Sağdakı Azərbaycan şirəsini aldım. Niyə? Butulkası, qablaşdırılması, etiketi daha cəlbedicidir və estetikdir. Lakin ən başlıcası: Azərbaycan Rusiyaya dost olan düzgün ölkədir. Rusiyaya ixrac edilən Azərbaycan məhsulu ciddi keyfiyyət nəzarətindən keçir. Ermənistanda isə antirusiya əhval-ruhiyyəsi hökm sürür, Rusiya Federasiyasının ünvanına qaba (“xamski”) ifadələr səslənir, İrəvan Rusiya hərbi bazasını çıxarmaqla və KTMT-dən çıxmaqla hədələyir. Ona görə də mən və digər rusiyalılar erməni məhsullarını almayacağıq. Biz nankor ölkəni və nankor cəmiyyəti niyə maliyyələşdiməliyik? Elə deyilmi?” – Korotçenko yazıb.
Rusiyalı ekspertin bu “Facebook” statusu dünya ermənilərini necə qəzəbləndiribsə, ona qarşı kütləvi hücumlar, linçləmə kampaniyası başlayıb. Ermənilər “Facebook” administrasiyasına kütləvi şəkildə şikayət göndərərək Korotçenkonun həmin statusunun “faşizm xarakteri daşıdığı üçün” silinməsini tələb ediblər. Bu şikayətlərdən sonra “Facebook” Korotçenkonun statusunu silib.
Rusiyalı ekspert isə növbəti statusunda yazıb: “Xeyir şərə qalib gəlir! Bu, göz qabağındadır. Mənim mağazada alış-veriş edərkən Azərbaycan istehsalı olan nar şirəsini almağım, ermənilərin eyniadlı məhsulunu isə almaq istəmədiyim haqdakı dünənki yazımdan sonra nəinki təkcə Ermənistandakı, hətta dünya erməni diasporundakı anlaqsız adamlar və rusofoblar gözlənilmədən heyrətamiz və kütləvi şəkildə coşdular. Onlar öz həmvətənlərinin mənim yazdığım statusdan “Facebook” rəhbərliyinə kütləvi şəkildə şikayət etmək çağırışlarına qoşuldular və məni “faşizm”də ittiham etməyə başladılar. Bu çağırışa “müsbət cavab verən” ABŞ və Fransadakı erməni diasporu fəalları sayəsində mənim akkauntumdan şikayətlərin sayı on minləri keçdi. Nəticədə həmin paylaşımım bloklandı və sözügedən paylaşımım “faşizmi təbliğ etdiyi” üçün silindi. Əziz oxucular, lakin “Facebook” Sizin, məhz Sizin reaksiyalarınız və dəstəyiniz sayəsində mənim akkauntumu blokdan çıxarmağa və paylaşımımı bərpa edib yerinə qaytarmağa MƏCBUR OLDU! Azərbaycanın nar şirəsini için!” Lakin ermənilərin reaksiyası təkcə “Facebook” administrasiyasına kütləvi şikayətlər göndərməklə bitməyib. Bu dəfə Ermənistan siyasi dairələrində Korotçenkonun statusu ətrafında qızğın müzakirələr başlayıb.
"Ermənistanın politololoji dairələrində mənim “Facebook” statusum ətrafında qızğın müzakirələr başladı. Artıq, demək olar ki, söymürlər. Mənim bu təcrübəmi öyrənmək və onu Ermənistanın apardığı informasiya müharibəsində tətbiq etmək çağırışları səslənir. Ən “səxavətli” rəylərdən biri budur: siyasi texnoloq Karen Köçəryan bəyan edib ki, Azərbaycanın nar şirəsinin İqor Korotçenko tərəfindən reklam olunması antierməni çıxışlar üçün uzaqbaşı bir alətdir. Başa düşürəm, mən erməni politoloqlarının nəzərində çox nəhəngəm. Amma daha o qədər də yox ki! Uşaqlar, siz, deyəsən, axı tamamilə o söz... Xeyli gülmüşəm!” – deyə Korotçenko növbəti statusunda yazıb.
Rusiyalı ekspert “Qarabağ Azərbaycandır!” sözlərini paylaşaraq erməniləri daha da qıcıqlandırmaqda davam edib. Qeyd edək ki, azərbaycanlı milyarder, mesenat və sabiq senator Fərhad Əhmədov tərəfindən təsis edilən, Göyçayda yerləşən “AzNar” QSC-nin ekoloji təmiz nar şirələri təkcə Rusiyada yox, digər xarici ölkələrdə də öz üstün keyfiyyəti ilə məşhurlaşıb.
“Biz rəqabətdən çəkinmirik, çünki məhsullarımızın keyfiyyətinə əminik. Özü də buna təkcə biz yox, bütün dünyadakı çoxsaylı istehlahkçılarımız əmindir. Bizim zavod bütün zəruri sertifikasiya prosedurlarından keçir və bütün sənədləşmə işləri hər il yenilənir. ABŞ-ın “USDA Organic” və Avropanın “BIO Organic” sertifikatlarını almaq prosedurunun mürəkkəbliklərinə baxmayaraq, biz öz məhsullarımızın keyfiyyətini və bu standartlara uyğunluğunu hər il bir daha sübut edirik”, – deyə “AzNar” QSC-nin saytındakı tanıtım məqaləsində bildirilir.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA