Sosial
Azərbaycanlı gəncdən İNANILMAZ İXTİRA - FOTO
Bakı Dövlət Universitetinin doktorantı Məmmədhüseyn Fərzəliyev yeni növ istilik qurğusu ixtira edib. Belə ki, hər birimizin evində istifadə etdiyimiz elektrik enerjisi ilə işləyən piltələr, radiatorlar, ariston və digər istilik sistemləri ən azından 2500 vatt elektrik enerjisi sərf eləyir. Məmmədhüseyn Fərzəliyevin ixtira etdiyi bu qurğu isə eyni o istiliyi verməklə, cəmi bir ədəd 100 vattlıq lampanın istifadə etdiyi elektrik enerjisi qədər enerji sərf edir.
Bu barədə Publika.az-a Məmmədhüseyn Fərzəliyev özü məlumat verib.
Onun sözlərinə görə, bu qurğu ənənəvi və muasir istilik sistemlərindən tam fərqlənir. Birinci ona görə ki, bu qurğuda istiliyi vermək üçün bixrom spiralından istifadə olunmur. Burada xüsusi metaldan istifadə olunur ki, onunda bixrom spiralı ilə müqayisədə ömrü 5 dəfə artıqdır. İkinci fərq ondan ibarətdir ki, burada xüsusi elektron sxemdən istifadə olunur ki, o da enerji sərfiyyatını 25 dəfə azaldır.
"Biz bu qurğunu həm məişət işlərini görmək məqsədi ilə istifadə edə, (yemək bişirmək, çayıdanı qaynatmaq və s...) həm də bu qurğu əsasında kombi sistemi düzəldə bilərik. Ən maraqlısı da odur ki, bu qurğu əsasında düzəltdiyimiz kombi sistemi qaz enerjisindən istifadə etməyəcək və yalnız elektrik enerjisindən istifadə etməklə bir ədəd 100 vattlıq lampanın istifadə etdiyi elektrik enerjisi qədər enerji sərf edəcək. Bu bizim ilk və son ixtiramız deyil, qarşıdakı həftələrdə bir neçə ixtiralar da olacaq"”, - M.Fərzəliyev deyib.


-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)




























