Sosial
Azərbaycanda bir ailənin gəliri nə qədər olmalıdır? - VİDEO
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.
Publika.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deyib.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, inflyasiya göstəricisi ilə bağlı fərqli proqnozlar var və bu rəqəmin daha yüksək olacağı gözlənilir.
Ekspert bildirir ki, Dövlət Statistika Komitəsinin ailə təsərrüfatları arasında keçirdiyi sorğu nəticələrinə görə, ölkə əhalisinin hər 100 nəfərindən 11-nin gəlirləri 200, 55-nin gəlirləri isə 300 manatdan aşağıdır. Hər 100 nəfərdən yalnız 6-7-sinin gəlirləri 500 manatdan yuxarıdır.
Rəşad Həsənovun sözlərinə görə, xərclər minimumdan hesablansa, hazırki vəziyyətə görə bir ailənin gəliri ən azı 1000 manat olmaldır.
"Mövzu ilə bağlı paytaxt sakinlərinin də fikrini soruşulub."
"Bildirdilər ki, proqnozlaşdırılan inflyasiyanın fonunda bir ailənin aylıq gəliri 1500-3000 manat aralığında olmalıdır."
Publika.az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü
-
Sosial09:33Əməkdar jurnalist vəfat etdi - FOTO
-
Dünya08:12Tailandda dəhşətli yanğın: 11 nəfər öldü, 40-a yaxın xəsarət alan var
-
İdman07:47Ronaldinyo 11 ildən sonra geri dönüb qol vurdu - Foto / Video
-
Region07:30Putin Rzayi ilə görün hansı məsələləri müzakirə edib - Səfir detalları açıqladı
-
Ekologiya07:17Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin206:46Ölən oğlunun evini 6 milyona satır






































