Sosial
Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi anıldı - VİDEO
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi qəhrəmanları - Elçin Mansurov, Adil İbrahimli, həmçinin Rəşad Quliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirlərdə Nazirliyin və ictimaiyyətin nümayəndələri, institutun zabit, müəllim və kursant heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimlərində çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbir iştirakçılarına şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat verilib.
Bundan başqa Gədəbəy və Tovuz rayonları ərazisindəki bir neçə hərbi hissədə şəhid ailələri ilə görüşlər keçirilib, qayğıları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım





































