Sosial
Azərbaycanda GÖRÜNMƏMİŞ DƏLƏDUZLUQ: "Part time" iş adı ilə...
"Daha bir neçə vətəndaş onlayn “part time” işlərdən külli miqdarda vəsait itirib. İlk 5 tapşırığı icra etdikdən sonra vətəndaş 40 manat qoyub, 80 manat götürüb. Növbəti addımlarsa pul qoyduqca, nağdlaşdıra bilib. Sonda 16,000 AZN qazanmaq üçün hesaba 5000 manat mədaxil edib. Dələduzlar vəsaitin yetərli olmadığını amma investorların ona 3000 AZN borc verə biləcəyini deyib. Beləcə vətəndaş özü 5000 AZN, dələduzlardan 3000 AZN borc alaraq yatırım edib".
Publika.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında bloqer Fərid Pərdəşünas paylaşıb.
"8000 manat hesaba mədaxil edən vətəndaşın balansında bir neçə günə 16,000 manat yaranıb. Vətəndaş bu pulu çıxarmaq istəyəndə dələduz 5,000 manat üzərində olan ödənişlərdən 25% dövlət vergisi olduğunu qeyd edib və pulu çıxarmaq üçün vətəndaşdan 4,000 manat daha alıb. Bu ödənişi də aldıqdan sonra vətəndaş pulu çıxara bilməyib. Dələduzlar vətəndaşa bunun əsas səbəbinin investorların verdiyi borcu istəməsilə əlaqələndirib və vətəndaşdan onlayn verdikləri yalançı 3000 AZN borcu real olaraq alıblar" - deyə bloqer qeyd edib.
F.Pərdəşünasın sözlərinə görə, toplamda bu dələduzluqda bir neçə nəfər ayrılıqda 10,000 manat üzərində vəsait itirib.
“Kimdir buna inanan?” deməyin. Məlumatı paylaşın, insanların xəbəri olsun. Dəhşətli rəqəmlər var. Aldanmaz dediyim adamlar aldanır", - bloqer bildirib.
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək








.webp)



























