Sosial
Abşeronda Heydər Əliyevin anım günü keçirildi - Fotolar
Müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü Abşeron rayonunda da qeyd edilib.
Publika.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Abşeron RİH-in başçısı Abdin Fərzəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçiridiyi uğurlu siyasətdən danışıb. RİH başçısı qeyd edib ki, vaxt keçdikdə ümummilli liderin xalqımız üçün nə qədər böyük işlər gördüyü, dövlətimizin inkişafı, gələcəyimiz üçün nə qədər mükəmməl və uzaqgörənliklə düşünülmüş siyasi kurs müəyyənləşdirdiyi daha dərindən dərk edilir.
Daha sonra YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi milli birliyimizə, inkişafımıza, xalqımızın rifahına xidmət edib.
Qeyd edilib ki, Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Məhz ulu öndərin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün biz bütöv Azərbaycanda yaşayır və işğaldan azad edilən torpaqlarımızda ümummilli lideri anıb, xatirəsini dərin ehtiramla yad edirik.








-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı






































