Sosial
Blogerin dostundan AÇIQLAMA: "Həkimlər heç nəyə söz vermirlər" - VİDEO/YENİLƏNDİ
İnfluenser Asya Aslanovanın vəziyyəti ağır olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə OLAY-a onun dostu, bloger Banu Allahverdi (Banuall) məlumat verib. O bildirib ki, Asya gecədən bəri reanimasiyadadır:
“Hələ ki, vəziyyəti ağırdır. Reanimasiyadadır. Dünən dişini çəkdirməyə gedib. Gecədən xəstəxanadadır. Həkimlər heç nə demirlər, heç nəyə söz vermirlər. Çünki infeksiya keçib, onun bədənindən sovrulmağı var. 48 saat sonra bəlli olacaq. Heç bir şey bilinmir. Hələ məsələ araşdırılır. Ona görə indidən heç kimin haqqına girə bilmərik. Analiz götürülüb, bilinəcək. İndidən həkimin adına da nəsə deməyək. Yenə də ehtimallar var. Çünki dişdə iltihab varsa, ona müdaxilə etmirlər, birinci aradan qaldırılır sonra. Yenə də bunlar araşdırılır, ondan sonra bəlli olacaq”.

xxx
19:00
Məşhur azərbaycanlı bloger Asya Aslanova ağır vəziyyətdə "Baku "Medical Plaza" xəstəxanasına yerləşdirilib. Bu barədə jurnalist, bloger Ramal İsayev sosial şəbəkədə məlumat verib.
Publika.az xəbər verir ki, o, Asyanın durumunun kritik olduğu bildirib.
Ramal İsayevin sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb:
"Diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozdan istifadə edib. Dişində problem vardı. Bu zaman da dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, bilinci qapalıdır, vəziyyəti çox ağırdır. 48 saatlıq gözləmə zamanının 24 saatı geridə qalıb. Hər kəs hələ ki, gözləmə mövqeyindədir. Dualarımız onunladır". ("Azxəbər")
-
ABŞ02:19Trampın əfv edəcəyi hinduşkalar seçildi - Foto
-
Qoroskop01:20Günün ulduz falı: Macəralara açıq olun
-
İdman00:55Ronaldonun bioloji yaşı açıqlandı
-
Dünya24 Noyabr 22:30Pezeşkian Trampa məktub göndərdi - Nə yazıb?
-
İdman24 Noyabr 22:02"Neftçi" Samir Abasovla yollarını ayırdı
-
Dünya24 Noyabr 21:37Ulduzlararası kosmik obyekt sürətlə Yerə yaxınlaşır - "Sərhədi keçdi..."
-
Nida Xəbər 24 Noyabr 20:12Ramiz Mehdiyev vəkilindən imtina etdi - “Boz kardinal”ın planı nədir?
-
Region24 Noyabr 19:50Türkiyənin daha 2 şəhərində kütləvi zəhərlənmə baş verdi: Bu dəfə 43 nəfər...

















.jpg)







.webp)
.jpg)






_(3).jpg)




