Sosial
Psixoloqdan deputatın çağırışına reaksiya: "Qızlar yaxın məhəllədəki yaşayış binalarının bloklarında..."
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli mətbuata açıqlamasında qızların universitetlərə və məktəblərə qısa ətəkdə getməsindən, şəhvət doğuracaq, bayağı geyimlər geyinməsindən şikayətlənib. Bildirib ki, ali məktəblərdə diqqəti təhsildən yayındıran, insanı pis, şeytani yollara salan bu cür paltarlar geyinilməsinə icazə verilməməlidir.
Publika.az xəbər verir ki, millət vəkilinin səsləndirdiyi fikirlərlə bağlı Medianews.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, nəyi nə qədər qadağan etsək, bir o qədər ona meyllilik artır.
Psixoloqun sözlərinə görə, Avropa ölkələrində belə, istər orta, istərsə də ali təhsil müəssisələrində sərbəst geyimə icazə yoxdur: “Xatırlayıram mən də universitetdə oxuyarkən qızlar yaxın məhəllədəki yaşayış binalarının bloklarında paltarlarını dəyişərdilər. Maraqlısı odur ki, həmin dövrdə tələbə qızların şalvar geyinməsinə universitetdə icazə verilmirdi. Qızlar da şalvar geyinmək üçün ətəyi dəyişərdilər. Burdan nəticə çıxarmaq olur ki, nəyi nə qədər qadağan etsək, bir o qədər ona meyllilik artır. Düşünürəm ki, təhsilin təhsil geyimi olmalıdır. Ümumiyyətlə nəinki təhsildə, hətta dövlət müəssisələrində çalışan hər kəs də bilir ki, dövlət işində çalışdığı rəsmi geyim qaydası var. Bu məsələ universitetlərdə və orta məktəblərdə tələbə və şagird qızlara da, müəllimlərə də aiddir. Düşünürəm ki, təhsildə uniforma olmalıdır. Avropa ölkələrində belə, istər orta, istərsə də ali təhsil müəssisələrində sərbəst geyimə icazə yoxdur. Filmlər sadəcə filmdir”.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO






































