Sosial
Səfirliyimizə hücum edən şəxs hakim qarşısına çıxarıldı - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Publika.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
İttihama əsasən, həmin şəxs odlu silahdan istifadə edərək səfirlik ərazisində Azərbaycan vətəndaşını qəsdən öldürməyə, qanunsuz silah-sursatın alınması, daşınması və saxlanılmasına görə təqsirli bilinir.
Agentliyin məlumatına görə, məhkəmə zalında Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları da olublar.
xxx
10:15
İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin məhkəməsi bu gün başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunun birinci ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir”, - bəyanatda qeyd edilib.
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq




















.jpg)













