Sosial
MSK-da Sergey Lebedevlə görüş keçirildi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az Secki-2024.az saytına istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibi Prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO
































