Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da səs verdi
Bizi izləyin

Sosial

Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da səs verdi

Məlum olduğu kimi, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. İlk dəfə olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə də seçkilərə start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov da seçkidə səs verib.

O, işğaldan azad olunmuş Ağdam şəhərində seçki hüququndan istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm