Sosial
Ağsu polisi əməliyyat keçirdi: saxlanılanlar var - FOTO
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Eyvaz Eyvazov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən şüşə qablarda saxladığı yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı onun həmin narkotik vasitəni bir neçə il öncə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat nəticəsində isə Nihad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin və psixotrop maddə-metamfetamin aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.
-
Digər13:48Çimərlikdə dəhşət: 10 nəfər öldü, xeyli sayda yaralı var - VİDEO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır






































