Malik Ələkbərov vəzifəsindən azad edildi
Bizi izləyin

Sosial

Malik Ələkbərov vəzifəsindən azad edildi

Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, nazirlikdən Report-a məlumatı təsdiqləyiblər.

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: "Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb".

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm