Nida Təhlil
Paşinyan Bakının tələbini icra etmək üçün qərar imzaladı - 2026-cı il DETALI
Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı ilin 30 dekabr tarixinə qədər yeni konstitusiya layihəsini hazırlamaq və təsdiq etmək tapşırığı verib. Burada iki məqam diqqət çəkir.
Birincisi, Paşinyan “konstitusiyaya dəyişiklik” etmir, “yeni konstitusiya” qəbul edir:
- Keçmiş hakimiyyətin dövründən qalma konstitusiya Paşinyan üçün daxili idarəetmədə çətinliklər yaradır: bir neçə il öncə konstitusiya məhkəməsinin hakimləri ilə bağlı yaranmış problem bunu ortaya çıxardı, görünür, hakimiyyət yeni konstitusiya ilə “boşluqları” da aradan qaldırmaq niyyətindədir;
- Mövcud konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı yer alan iddiaları “dəyişdirmək” çətindir, xüsusilə “müstəqillik bəyannaməsi”nə istinad qeydlərinin necə əvəz ediləcəyi fonunda: by baxımdan, yeni konstitusiya daha məntiqli görünür və bu, rəsmi Bakının tələbinə uyğundur;
İkincisi, yeni konstitusiyanın hazırlanmasının 2026-cı ilin sonuna nəzərdə tutulması sülh sazişinin bu müddətdə imzalanmasını da sual altına salır.
Sülh sazişinə dair ilkin sənədin bu ilin noyabr ayına qədər imzalanması gözləntiləri var, hərçənd, rəsmi Bakı Ermənistan konstitusiyasındakı iddialardan imtina edilmədiyi müddətdə bunu mümkünsüz hesab edir. Paşinyanın yeni konstitusiya üçün qoyduğu müddət Bakının tələbini bu müddətdə yerinə yetirməyəcəyini göstərir, bu halda sülh sazişinin ən azı planlaşdırılan müddətdə imzalanması perspektivi də yoxdur. Ən yaxşı halda sülh sazişinə dair niyyət protokolunda “tərəflərin hüquqi aktlarının dəyişdirilməsi” kimi qeydin yer alması ilə irəliləyiş əldə etmək mümkündür, lakin rəsmi İrəvanın mövqeyi bu ehtimalı da azaldır, xüsusilə “Azərbaycan konstitusiyasının dəyişdirilməsi” iddiaları fonunda.
Asif Nərimanlı
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq

























.jpg)










