Sosial
Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək
![](https://publika.az/storage/2023/08/31/hava.jpg?v1720203303)
Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman22:02
Təcavüzkar idmançı Olimpiadadan uzaqlaşdırılacaq? – 20 min imza toplandı
-
Nida Xəbər 21:50
Prezidentin Şuşa sakinlərilə səmimi SÖHBƏTİ - VİDEO
-
Hadisə21:27
Sumqayıtda dəhşətli hadisə: üzərinə şüşə düşən 12 yaşlı qız öldü
-
Avropa20:36
Böyük Britaniyanın yeni nazirləri
-
Kriminal20:00
Dilənçilik edən və tufeyli həyat tərzi keçirən 25 nəfər saxlanıldı
-
Magazin119:25
"Oliqarxam, milyonerəm" - Orxan Lökbatanlı
-
Rəsmi xronika17:10
Şuşada Aşağı Gövhər Ağa məscidinin açılışı oldu - Yeniləndi
-
Sosial16:40
Bakıda güclü zəlzələ gözlənilir? - Seysmoloji Xidmət məlumat yaydı