Sosial
Sürücüyə “tez sür” dedi, yarı yolda qaldı
Bakıda xanım müştəri ilə taksi sürücüsü arasında baş vermiş münaqişəyə məhkəmədə aydınlıq gətirilib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 21-i paytaxtın Nərimanov rayonunda baş verib.
Polisə müraciət edən qadın sürücünün ona qarşı zorakılıq etdiyini, məcburi şəkildə maşından düşürdüyünü bildirib. Müraciətlə bağlı araşdırma aparılıb və taksi sürücüsü saxlanılıb.
O, ifadəsində xanım sərnişinin avtomobildə aqressiv danışdığını, tələsdiyini deyərək sürət həddini keçməsini tələb etdiyini deyib: "Sifariş gəldikdən sonra xanımı ünvandan götürərək yola düşdüm. Sərnişin yolda mobil telefonda kiminləsə aqressiv danışırdı. Məndən kondisioneri yandırmağımı tələb etdi. Öz növbəmdə kondisioneri yandırdım. Daha sonra sürət həddini artırmağımı istədi. Amma onun tələbini yerinə yetirmədim. Bu dəfə daha sərt şəkildə danışmağa başladı. Xanımın aqressiyasını gördüyümdən avtobus dayanacağında maşını saxlayaraq düşməyini xahiş etdim. Müştəriyə qarşı qaydanın pozulmasına yönələn hər hansı hərəkətə yol verməmişəm".
Şikayətçi də ifadəsində sürücüdən sürəti artırmasını tələb etdiyini etiraf edib: "Sifariş etdiyim taksiyə əyləşən zaman telefonla rəfiqəmlə danışırdım, ad gününə gedirdim. Gecikdiyimdən sürücüdən daha sürətli sürməyini xahiş etdim. Digər avtomobillərin bizi keçdiyini görəndə ona "sən 20 ilə gedirsən?" deyə sual verdim. Sürücü 40 km/saat sürətlə getdiyini dedi. Ona tez getməyi bildirən zaman avtomobili saxlayaraq düşməyimi tələb etdi. Yanımda 17 yaşlı uşağım da vardı, o, həyəcanlanıb yıxıldı. Amma deyə bilərəm ki, sürücü məni söyməyib, sadəcə avtomobildən enim deyə üstümə qışqırıb".
Nərimanov Rayon Məhkəməsi sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati işin icraatına xitam verib. O, məhkəmə iclas zalından sərbəst buraxılıb.
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı






































