Sosial
“Ölkəmizin inkişafı üçün hər kəsi bu seçkilərdə fəal iştirak etməyə çağırıram”
“Vətən müharibəsində qazandığımız qələbə ölkəmizin milli iradəsinin və birliyinin ən böyük sübutuna çevrildi. Bu qələbə Azərbaycan gəncliyinin vətənpərvər ruhunu, döyüş əzmini və dövlətçiliyinə olan sarsılmaz inamını nümayiş etdirdi. Dövlətimiz torpaqlarını işğaldan azad etməklə yanaşı, həm də yeni bir Azərbaycan reallığı yaratdı. Bu reallıqda, ölkəmizin gələcək inkişafı üçün ən mühüm addımlardan biri də məhz qarşıdan gələn parlament seçkiləridir”.
Publika.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən müharibəsi iştirakçısı Faiq Ağayev deyib.
O bildirib ki, VII çağırış Milli Məclisə seçkilər Vətən müharibəsindən sonrakı mərhələdə yeni siyasi çağırışlara cavab verən Azərbaycan üçün olduqca vacib bir amildir. “Parlament seçkilərində seçici kimi iştirak etmək hər birimizin üzərindəki vətəndaşlıq borcumuzdur. Mən də bir Azərbaycan gənci, Vətən müharibəsi iştirakçısı kimi seçkilərdə iştirak etməyi özümə şərəfli bir borc hesab edirəm. Seçkilərdə fəal iştirak etməklə, biz ölkəmizin gələcəyinə öz töhfəmizi vermiş oluruq. Qalib Azərbaycanın gəncliyi dövlətimizin gələcək inkişaf perspektivi ilə bağlı məsələrdə də həssas olmalıdir. Biz gənclərin əsas hədəfi, əsas düşüncəsi dövlətimizin milli maraqları, gələcək inkişaf perspektivimizdir. Gələcəyimiz üçün, ölkəmizin inkişafı üçün hər kəsi bu seçkilərdə fəal iştirak etməyə çağırıram”.
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO








.jpg)

.jpg)

























