Sosial
“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi - FOTOLAR
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin və bir sıra təşkilatların dəstəyi ilə Yasamal rayonu 2-ci Alatava ərazisində növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Publika.az xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 2410 litr olan plastik, 207 litr şüşə və 249 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Tədbir zamanı vətəndaşlar həsir çantalara müxtəlif dizaynlar edib, uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekokönüllülər tərəfindən kətan üzərində rəsmlər çəkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva
-
Sosial11:526 uşağın zəhərləndiyi hamam otağının qapısı yalnız çöldən kilidlənirmiş - MÜƏMMA / VİDEO
-
İqtisadi gündəm10:20Bu şəxslərin maaşlarında artımlar olacaq - SƏRƏNCAM
-
Region09:55Kadırov İrana kömək etməkdən imtina etdi: Səbəbini də açıqladı








.jpg)























