Dünya
ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...
ABŞ-İsrail və İran arasında əldə edilən 14 günlük atəşkəs razılaşmasından sonra müharibədə iştirak edən tərəflərin hər biri ayrıca öz qalibiyyətləri ilə bağlı çıxışlar edir. Müzakirələrə səbəb olan bu çıxışlar fevral ayının 28-dən bəri davam edən müharibədə əsl qalibin kim olduğu sualını ortaya çıxarır.
Məhz bu məsələ ilə bağlı Publika.az-a açıqlama verən irlandiyalı tarixçi və politoloq Patrik Uolş bildirdi ki, müharibə hələ bitməyib və bu, sadəcə müvəqqəti atəşkəsdir.
Onun sözlərinə görə, ümumi vəziyyətə baxdıqda isə İran daha üstün mövqedədir:
“Donald Tramp administrasiyası və bəzi media istisna olmaqla, ABŞ-da əsasən bu, İranın qələbəsi kimi təsvir edilir. İsrail müxalifət mediası isə açıq şəkildə bildirir ki, baş nazir Benyamin Netanyahu Tramp tərəfindən alçaldılıb və bu nəticə yaxşı sayılmır.
İran indi boğazlara nəzarət edir və oradakı hərəkəti tənzimləyir ki, bu, ABŞ-İsrail müharibəsindən əvvəl belə deyildi. Mustafa Kamal Atatürk 1922-ci ildə müharibəni ona qarşı bütün cəhdlərə baxmayaraq hakimiyyətdə qalmaqla və boğazlara nəzarəti saxlamaqla qazanmışdı. İran hökuməti də itkilərinə baxmayaraq, 1922-ci ildəki Türkiyə kimi sağ qalıb və buna görə qalib hesab olunur”.
Ekspert qeyd etdi ki, Donald Tramp İranın 15 maddəlik planına ciddi güzəştlər etməsə, danışıqların uğurlu olma ehtimalı azdır:
“Bu isə ABŞ üçün qəbulolunmaz görünür. Bu planın böyük hissəsinin qəbul edilməsi ABŞ üçün ciddi məğlubiyyət demək olardı. Trampın tərəfdarları İranın itkilərindən danışa bilər, amma müharibələr daha çox itki verən tərəf tərəfindən qazanılmır, xüsusilə də əgər o tərəf zəifdirsə. Müharibələr daha çox itkilərə baxmayaraq hakimiyyətini və ərazisini qoruyub saxlaya bilən tərəf tərəfindən qazanılır. Buna görə də hazırda Qərbdə, o cümlədən siyasətçilər və media arasında bir çox insan Trampın İrana qarşı müharibəsini həm mənasız, həm də əks nəticə verən addım kimi qiymətləndirir”.
Müəllif: Roza Şəfiyeva
-
Dünya16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...
-
Avropa16:35Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər
-
Nida Təhlil 16:08Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?
-
Magazin115:16"Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"
-
Nida.az14:44Prezidentin yeni vəzifə verdiyi Xalid Əhədov kimdir? - DOSYE
-
Dünya13:46ABŞ heç bir məqsədinə nail olmadı - Metyu Brayza
-
Rəsmi xronika12:59İlham Əliyev fərman imzaladı
-
Sosial12:47Metroda yeni tunelin inşası zamanı avtobuslar pulsuz olacaq? - AÇIQLAMA



































