Nida Təhlil
İran və Ermənistanın Azərbaycan məscidində növbəti təxribatı - FOTOFAKTLAR
İran və Ermənistan İrəvanda Azərbaycana məxsus tarixi Göy Məscidin farslaşdırılması məqsədilə yeni tədbir keçirib.
Publika.az xəbər verir ki, aprelin 8-də Göy Məsciddə “Tarixi irsin məhv edilməsi: müharibə cinayəti və mədəni terrorizm” mövzusunda keçirilən simpoziuma İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də qatılıb.
Tədbirdən əvvəl səfirin iştirakı ilə məscidə iki ədəd orta əsr məzar daşının verilməsi mərasimi keçirilib. Məzar daşları Ermənistanın Tarix və Mədəni İrsi üzrə Tədqiqat Mərkəzinin hədiyyəsidir. İddia edirlər ki, hər iki məzar daşı XIX və XX əsrlərə aiddir və fars epitafiyalarını (qəbirüstü yazı) daşıyır.
“Bu məzar daşlarının Göy Məscidə verilməsi simvolikadır. XVIII əsrə aid memarlıq abidəsi iki xalq (ermənilər və farslar-red) arasında mədəni dialoqun ən parlaq nümunəsidir”, - mərasimdə bildirilib.
Simpoziumda ABŞ və İsrailin İrana qarşı hücumları pislənilib. Səfir İranın müharibədəki qəhrəmanlığından danışıb.
“Tarixi irsin məhv edilməsi” adlı bu simpozium əslində Ermənistan və İranın Azərbaycanın mədəni irsinə qarşı cinayətidir. İrəvan Azərbaycanın tarixi torpağı olduğu kimi, şəhərin mərkəzində yerləşən Göy Məscid də bizə məxsusdur. Azərbaycanın tarixi irsini məhv edən Ermənistan Göy məscidi “tolerantlıq obrazı” yaratmaq məqsədilə saxlayıb.
Məscid İran tərəfindən bərpa edilib və “fars məscidi” kimi təqdim edilir. Ermənistan bununla həm İrəvanda Azərbaycan irsini yox edir, həm də məscidin farslara məxsus olduğunu göstərir. İranın Ermınistanın Azərbaycana qarşı bu əməlində iştirak etməsi isə təəccüblü deyil. Çünki Tehran və İrəvan Qarabağın işğalı dövründə və işğaldan azad edildikdən sonra Azərbaycana qarşı birgə hərəkət ediblər.
Göy məscidin farslaşdırılması da bu aktlardan biridir. Məzar daşlarının məscidə köçürülməsi göstərir ki, farslaşdırma prosesi davam edir. Lakin məscid farslara məxsus olmadığı kimi, məzar daşlarının saxta olduğu da istisna edilməməlidir. Məzar daşlarının məxsus olduğu əsrlə bağlı ziddiyyətli məlumat da diqqəti bura yönəldir. Məlumatın əvvəlində məzar daşlarının “orta əsrə” aid olduğu deyilir, lakin tədbirdə qeyd olunur ki, “abidələr XLX və XX əsrə aiddir”. Daha sonra isə məzar daşlarından XVIII əsrə aid abidə kimi bəhs edilir. Təkcə bu detal belə Ermənistan və və İranın saxtakarlığını isbat etməyə yetərlidir.
Müəllif: Asif
-
Qoroskop01:20Günün ulduz falı: bu xüsusiyyətiniz sizə böyük üstünlük qazandıracaq
-
Magazin200:45Tarkanın yeni imici: 15 yaş gəncləşdi
-
Hadisə00:20SOCAR-ın yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirildi - Foto
-
Dünya5 İyul 21:00Vulkana görə uçuşlar dayandırıldı
-
Region5 İyul 19:26Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
-
İdman5 İyul 18:36“Qarabağ” onu transfer etdi
-
MDB5 İyul 17:38Bir həftədə Ukraynaya 160 raket atıldı
-
Maraq dünyası5 İyul 17:04Van Dammın heykəli Vəndama qayıtdı - FOTO



































