Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak etdi
Bizi izləyin

Sosial

Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak etdi

Azərbaycanın aparıcı qida və distribusiya şirkətlərindən biri olan “Avrora Qrup” dünyanın ən məşhur qida sərgilərindən biri kimi tanınan “SIAL Paris 2024” qida sərgisində öz stendi ilə çıxış edib.

Sərgidə şirkətin istehsal etdiyi - “Bizon”, “Kreki”, “Harika”, “Tanelli”, “Berg Glucose”, “Sladena”, distribusiyasını həyata keçirdiyi “İstisu” mineral suları və digər məhsullar müxtəlif ölkələrdən gələn qonaqlara nümayiş etdirilib.

“Avrora Qrup” bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşüb və yeni layihələri müzakirə edib. Bundan başqa, şirkət, həmçinin yeni potensial müştərilərlə danışıqlara başlayıb və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirib.

Məlumat üçün bildirək ki, “SIAL Paris 2024” sərgisinə 200-dən çox ölkədən gələn təxminən 285 min ziyarətçi, 7500 sərgi iştirakçısı qatılıb. Sərgi zamanı müxtəlif qida yenilikləri və tendensiyaları sərgi iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, 1964-cü ildən etibarən keçirilən “SIAL” sərgisi qida və içki sənayesində ən son tendensiyaları, texnologiyaları və biznes imkanlarını kəşf etmək üçün qlobal mərkəz rolunu oynayır. Sərgi iştirakçılarının 73 faizinin Fransadan kənardan gəlməsi beynəlxalq bazarları araşdırmaq və məhsulları qida innovasiyalarının önündə yerləşdirmək üçün əla fürsətlər yaratmış olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm