Sosial
“e-Culture” rəqəmsal idarəetmə modeli ilə bağlı təqdimat keçirildi - Foto
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib.
Publika.az xəbər verir ki, nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən təqdimatda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, qarşıdakı onillikdə qlobal çağırışlar, demək olar ki, bütün sektorlarda, o cümlədən mədəniyyət sektorunda məhz sürətli rəqəmsallaşma meyilləri ilə səciyyələnəcək.
Hazırda ənənəvi mədəniyyət formatı getdikcə sıradan çıxır, yeni nəsil insanlar mədəniyyəti rəqəmsal prizmadan qəbul edir. Ölkəmizin sosial-iqtisadi sisteminin prioritetinə çevrilmiş rəqəmsallaşma həyatın bütün sahələrinə, o cümlədən insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edir. Bütün bu reallıqlar nəzərə alınaraq “Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” təsdiq edilib və strategiyanın icrası ilə bağlı işlərə başlanılıb.
Qeyd olunub ki, qarşıdakı üç ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması, data əsaslı rəqəmsal idarəetmə modelinin və vahid inzibatlaşma siyasətinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, xidmətlərin yenidən layihələndirilməsi və elektronlaşdırılması, inteqrasiya imkanlarının genişləndirilməsi, daxili idarəetmə proseslərinin avtomatlaşdırılması – ümumilikdə 10 prioritet istiqamət üzrə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə rəqəmsal idarəetmə prosesini təşkil etmək üçün İşçi qrupu yaradılıb, “e-Culture’’ strategiyasının tədbirlər planı təsdiq edilib. Bütün klasterlər üzrə mövcud vəziyyət təhlil olunub və ehtiyaclar müəyyənləşdirilib.
Strategiyanın əhatə etdiyi dövr ərzində elektron xidmətlərin “tam elektron xidmət" şəklində təqdim edilməsi 80%, digər istiqamətlər isə tam şəkildə həll olunub. Eyni zamanda qarşıdakı dövr ərzində Dövlət Xidmətləri Reyestrində Mədəniyyət Nazirliyinin ən azı 20 tam elektron xidmətinin yerləşdirilməsi, nazirlikdə vahid “Elektron Kabinet” (www.my.culture.az) sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu vahid “Elektron Kabinet”ə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, daşınmaz tarix və mədəniyyət abidələrinə dair məlumatların rəqəmsallaşdırılması, Azərbaycan mədəniyyətinin təbliğinə dair müasir texnologiyaların tətbiqi ilə ən azı 10 promo resursun hazırlanması prioritet istiqamətlər sırasındadır.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “e-Culture” strategiyası ilə bağlı nazirliyin bir çox qurumlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Deyib ki, mədəniyyət sahəsində çalışan insanların rəqəmsallaşma və müasir texnoloji yeniliklərdən məlumatlı olması vacibdir. Strategiya hazırlanarkən İT parkın və şəbəkə təhlükəsizliyinin auditi aparılıb. Şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib. Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib. Hər bir müəssisə üzrə daxili xəritə hazırlanıb.
Rəşad Əzizov çıxışı zamanı həmçinin kalsterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, eləcə də ötən il təşkil edilən Uşaq İncəsənət Festivalının rəqəmsal analitik təhlilini barədə məlumatı diqqətə çatdırıb. Vahid Mədəniyyət Reyestri Milli Mədəniyyət Əmlakı Reyestrində nazirliyin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən yaradılması, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq və s. məsələlər haqqında söz açılıb. Qeyd olunub ki, nazirliyin sistemində fəaliyyət göstərən bədii təhsil ocaqlarına təhsilalan və təhsilverənlərin elektron qəbulu uğurla reallaşdırılır.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova çıxışında müasir mədəni mühitdə məzmunun yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün milli və insani dəyərlərə cavab verən məzmun qıtlığı var. Nazirliyin rəsmi saytı (“culture.gov.az”) barədə məlumat verən şöbə müdiri gələcəkdə bu resursların “e-Culture” rəqəmsal idarəetmə modelində tətbiq ediləcəyini deyib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.
-
MDB17:52
Ruslara xəbərdarlıq edildi: Defolt dalğasına hazırlaşın
-
Dünya16:47
Ana iki övladı ilə həyatına son qoydu: İntihar, yoxsa qətl?
-
İdman16:20
Əfsanə yeni sevgili tapdı: İkinci dəfə xəyanətdə ittiham olunur - FOTOLAR
-
Rəsmi xronika16:05
İlham Əliyev sərəncam imzaladı
-
Dünya15:35
Gülənin "kürəkənlər çarxı": Korporativ nikahlar vasitəsilə güc və pula nəzarət
-
Magazin115:27
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbs olunacaq?
-
Hadisə14:33
Xəyanətə görə öz evini yandırdı, həmkəndlisini isə alçaldaraq... - Sabirabadda şok olay
-
İdman14:20
Ulduz futbolçunun matça gedərkən özü ilə nə götürdüyünə inanmayacaqsınız - VİDEO