Sosial
Füzulidə Zəfər Günü konserti - VİDEO
Füzuli şəhərində 8 noyabr Zəfər Gününə həsr olunan konsert təşkil edilib.
Publika.az xəbər verir ki, konsertdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Füzuli şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qələbə münasibətilə hamını təbrik edib. Xüsusi nümayəndə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər doğma yurdlarına qovuşmağın sevincini yaşayırlar. Suverenliyi və ərazi bütövlüyü bərpa olunan Azərbaycanın əzəli torpaqlarında şanlı bayrağımız dalğalanır və Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətdir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb. Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinin və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin çıxışları izlənilib.
Mərkəzinin solistlərinin çıxışları izlənilib.
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi





























.jpg)










