Sosial
Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir? - Yeni detallar
İstanbulda azərbaycanlı “diplomat” olduğu iddia edilən M.G.Ş adlı şəxsdən 70 kq qızıl tapılması ilə bağlı yeni detallar bəlli olub.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur.
Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib. Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq, araşdırmalara başlayıb.
İlkin məlumatlara görə, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur.
Araşdırmalar göstərir ki, ittiham olunan Q.Məmmədov ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.
Azərbaycan tərəfi məsələni beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə araşdırmaq niyyətindədir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün daha sərt nəzarət və tədbirlərin görüləcəyi gözlənilir.
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO






































