Sosial
İşsiz qalan 200-dək sahibkarın aqibəti necə olacaq? - VİDEO
Metronun “20 Yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır. Obyektlərin aqibəti sahibkarlarla yanaşı, sakinlərdə də maraq doğurur.
Publika.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı narahatlıq keçirən sahibkarlar Baku TV-yə açıqlamalarında ticarət köşklərinin yenidən fəaliyyətini bərpa edəcəyi, yoxsa tamamilə dayandıracağı ilə bağlı onlara məlumat verilmədiyini söyləyiblər: “Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.
Üç aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.
Daha ətraflı süjetdə:
-
Region02:19Türkiyədə yenə zəlzələ oldu
-
Qoroskop00:55Günün ulduz falı: Tələsmədən düşünün və plan qurun!
-
Dünya00:15Kolumbiyada dəhşətli partlayış: 30-a yaxın binaya zərər dəydi, ölənlər var
-
İdman3 Noyabr 21:13Bu nominasiya üzrə namizədlər açıqlandı: Messi, Yamal, Arda…
-
Cənubi Qafqaz3 Noyabr 19:40Ermənistan parlamentində dava düşdü
-
İdman3 Noyabr 19:30Sadıq Sadıqov vəzifəsindən azad olundu
-
Nəqliyyat3 Noyabr 18:1020 yolda tıxac var - Siyahı
-
Sosial3 Noyabr 17:20Əli Əsədov yeni qərar imzaladı









.jpg)

.jpg)

























