Sosial
FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyinin dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Müraciətdə bildirilib ki, havaların soyuması məişətdə dəm qazı təhlükəsini daha da artırır:
"İstiliyə tələbatın artdığı bu mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir.
Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:
• istismar olunan qaz cihazı saz və standartlara uyğun olmalı;
• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir.
Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!".
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür




































