Sosial
Azərbaycanda satılan saxta krevetkalarla bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı araşdırma aparıb.
Agentlikdən Publika.az-a verilən məlumata görə, istehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 5A ünvanında fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub.
Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kiloqram dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kiloqram yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.
Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
-
İdman21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı






.jpg)
.jpg)

























