Sosial
İctimai-iaşə obyektlərində monitorinqlər aparılır
Bu gündən Azərbaycanda fəaliyyət göstərən bir sıra restoran və ictimai-iaşə obyektlərindən havaya tullantı atılması halları müşahidə olunduğundan növbəti monitorinqlərə başlanılır.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.
O bildirib ki, iaşə obyektləri və restoranlarda səyyar laboratoriya vasitəsilə ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atıldığı müəyyən olunarsa obyektlərin səlahiyyətli nümayəndələri barəsində qanunamüvafiq tədbirlər görüləcək.
"Restoran və iaşə obyektlərinin fəaliyyətinə cavabdeh olan şəxsləri xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğulara vaxtında texniki xidmət göstərsinlər, qurğuların filtrlərini yeniləsinlər və havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.
Xidmət rəisi bir daha sahibkarları təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu
-
Elm və təhsil21 Yanvar 20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman21 Yanvar 20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO
-
Region21 Yanvar 19:55Türkiyədə zəlzələ oldu
-
Sosial21 Yanvar 19:40İsa Həbibbəyliyə çətir tutan şəxs vəzifəsindən azad olunub? - RƏSMİ
-
Sosial21 Yanvar 18:40Dövlət işçilərinin maaşı ilə bağlı YENİLİK
-
Nida Xəbər 21 Yanvar 18:30İcra başçısı onları işdən çıxardı






.jpg)











.jpg)














