Sosial
Yeni Günəşlidə dəhşətli hadisə: Tikinti şirkəti gecə saat 3-də qazinin əmlakını dağıtdı - FOTOLAR
Bir il öncə Suraxanı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əziz Əzizov tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçısı Sərxan Bünyadova verilən qaraj tikinti şirkəti tərəfindən sökülüb.
Bununla bağlı İkinci Qarabağ müharibəsi iştirakçısı Sərxan Bünyadov Publika.az-a açıqlama verib.
O qeyd edib ki, Suraxanı Rayonu, Yeni Günəşli qəsəbəsi “V” massivində dövlət tərəfindən verilən və Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqla təchiz edilmiş qarajı “Məkan” MTK adlı bir şirkət qanunsuz söküb:
“1 il 2 aydır ki, həmin ərazidə işləyirəm. İcra başçısı tərəfindən mənə verilən yer üçün bankdan kredit götürmüşəm. Həmin yerdə mənim qarajımla yanaşı, daha 9 qaraj var. Dekabrın 4-də əvvəllər adı “Məkan” MTK indi isə “FİN” MTK olan tikinti şirkətinin şəriklərindən olan Rizvan bəy mənə yaxınlaşıb, qarajdan çıxmağım üçün 10 min manat təklif etdi.
Bu təklifi qəbul etmədim, cavab olaraq mənə dedi ki, sənin yolunu bağlayacağıq, buna görə də məndən incimə. Növbəti gün heç bir sənəd təqdim etmədən gecə saat 3-də qarajımı söküb, avadanlıqlarımı yararsız hala gətiriblər. Söküntü zamanı nə məhkəmə qərarı, nə də polis iştirakı olub. Bununla bağlı Daxili İşlər Nazirliyi və Rayon İcra Hakimiyyətinə məlumat vermişəm. Hazırda məsələ araşdırılır”.
Qeyd edək ki, Sərxan Bünyadov 2020-ci ilin oktyabrın 2-də könüllü olaraq döyüşə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-i Şuşa şəhərində yaralanıb. "Cəsur döyüşçü" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Ağayeva ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı. “Məkan” MTK ilə də əlaqə qurmaq mümkün olmadı. Tərəflərin mövqeyini yayımlamağa hazırıq.
Aysel Şahmar
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır













.jpg)

















