Sosial
Bəzi saytların fəaliyyəti dayandırıla bilər - Səbəb
Domeni "az" olan saytlar Milli CERT-in kibertəhlükəsizlik göstərişlərini yerinə yetirmədikdə onların domeninin ləğvi və ya fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, informasiya infrastrukturunun kibertəhlükəsizliyi informasiya infrastrukturu subyekti tərəfindən informasiya infrastrukturu obyektinin kibertəhlükəsizliyində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması məqsədilə risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi yolu ilə təmin ediləcək.
İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir.
Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.
Domen adı "az" ("gov.az" istisna olmaqla) ölkə kodlu yüksəksəviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının "az" ölkə kodlu yüksək səviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır. Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edir.
-
MDB13:57Yeni Buça dəhşəti - 27 ölü, 42 yaralı var
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video























.jpg)










.jpg)

.jpg)