Sosial
Ağstafada restoranın fəaliyyətini dayandırıldı
Ağstafada restoranın fəaliyyətini dayandırılıb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən “İz oil” yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən “İz” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektin önündə yanğınsöndürmə vasitələrinin yerini göstərən lövhələr asılmayıb;
- obyektin köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmaylb;
- odsöndürən balonların yerləşdiyi yerlər müvafiq işarələrlə göstərilməyib;
- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən “İz” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
-
Sosial20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı
-
MDB14:21Daha bir dəhşətli müharibə statistikası - 1 həftədə 1530 aviabomba atdılar





































