Böyük Britaniya bu ölkələrdən olan tələbələr üçün təhsil haqlarını azaldacaq
Bizi izləyin

Avropa

Böyük Britaniya bu ölkələrdən olan tələbələr üçün təhsil haqlarını azaldacaq

Böyük Britaniya bu ölkələrdən olan tələbələr üçün təhsil haqlarını azaldacaq

Böyük Britaniya Aİ ölkələrindən olan tələbələr üçün universitetlərdə təhsil haqlarını azaltmağı təklif edir.

Publika.az xəbər verir ki, “The Telegraph” qəzetinin əldə etdiyi hökumət bəyanatının ilkin layihəsində Aİ tələbələri üçün illik təhsil haqqının hazırkı beynəlxalq tariflərdən (38 min funt sterlinq) xeyli aşağı salınması, hətta Britaniya vətəndaşlarının ödədiyi məbləğlə (9970 funt sterlinq) eyniləşdirilməsi variantı nəzərdə tutulur.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Avropa İttifaqı (Aİ) ölkələrindən olan tələbələr üçün universitetlərdə təhsil haqlarının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verib.

Bu məsələ Brexit-dən sonra Londonla Brüssel arasında münasibətlərin yenidən qurulması üzrə danışıqlarda fikir ayrılığına səbəb olub. Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra Aİ ölkələrindən olan tələbələr Britaniya universitetlərində yerli tələbələr üçün nəzərdə tutulan güzəştli təhsil haqlarından yararlanmaq imkanını itiriblər.Tərəflərin təhsil haqları ilə bağlı ayrıca saziş üzərində işləməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm