Sosial
Nazir xanım professora vəzifə verdi
Filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.
Həmidə Əliyeva 1969-cu ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986–1991-ci illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-2009-cu illərdə isə Azərbaycan Dillər Universitetində “Xarici dil (ingilis dili) müəllimi” ixtisası üzrə ikinci təhsil alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuş, 2001-ci ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən 2002-ci ildə filologiya üzrə fəlsəfə doktoru, 2009-cu ildə isə dosent elmi adlarını alıb.
2017-ci ildə “Qərbi Avropa ədəbiyyatında Yaxın Şərq mövzusu (epik poeziya materialları əsasında)” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, 2018-ci ildə AAK tərəfindən Filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
H.Əliyeva ilk pedaqoji fəaliyyətinə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında müəllim kimi başlayıb. 1991-1995-ci illərdə həmin filialın Xarici dillər kafedrasında pedaqoji fəaliyyət göstərib, 1995-1997-ci illərdə isə “Naxçıvan” Universitetinin Bakı filialının Humanitar elmlər kafedrasında müəllim vəzifəsində əmək fəaliyyətini davam etdirib.
2003-cü ildən Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında çalışan H. Əliyeva hazırda həmin kafedranın professorudur.
2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olub. H. Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2024-cü ildə ADU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.
H.Əliyeva 60-a yaxın elmi məqalənin, iki monoqrafiyanın (“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində filologiya məsələləri”-1999; “Qərbi Avropa epik poeziyasında bədii universallıq və spesifiklik (Qərbi Avropa –Yaxın Şərq paralelliyi əsasında)”-2016), bir dərs vəsaitinin (“Orta Əsrlər Qərbi Avropa ədəbiyyatı tarixi (Orta əsrlər qəhrəmanlıq eposları)”-2008) və bir neçə fənn proqramının (“Dünya ədəbiyyatı”; “İsrail ədəbiyyatı”; “Ədəbiyyat və psixoanaliz”; “Ədəbi komparativistika”; “Dünya ədəbiyyatı üzrə Doktorantura üçün qəbul proqramı”) müəllifidir. Onun elmi məqalələri yalnız respublikamızda deyil, ABŞ, Kanada, İngiltərə, Avstriya, Rusiya, Qazaxıstan, Ukrayna kimi xarici ölkələrdə nəşr olunur.
Gənc elmi kadrların hazırlanmasında yaxından iştirak edən alim hazırda çoxsaylı doktorant və dissertantlara elmi rəhbərlik edir. H.Əliyeva ailəlidir, iki övladı var.
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
Avropa13:53Naməlum uçan obyektə görə NATO qırıcılarını havaya qaldırdılar
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20An-32 qəzaya uğradı, 5 hərbçi öldü - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə











.jpg)


























