Sosial
Bakıda yeni söküntü dalğası - Bəzi binalar təmir ediləcək / VİDEO
Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.
Publika.az xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.
48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən bildirildi ki, rayon ərazisində 215 qismən qəzalı bina var.
Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

























.jpg)
.jpg)







