Sosial
FHN-in Qarabağ Regional Mərkəzində seminar-müşavirə keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə yanğın təhlükəsizliyinin təmin edilməsi işinin səmərəliliyinin daha da artırılması məqsədilə seminar-müşavirə keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, seminar-müşavirədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Qarabağ və Sumqayıt regional mərkəzlərinin məsul əməkdaşları, eləcə də regionda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev regionda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Daha sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət general-mayoru Aqşin Kazımov çıxışında yanğınların başvermə səbəbləri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi sahəsində müəssisə və təşkilatların, habelə vətəndaşların üzərinə düşən vəzifələrdən söz açıb.
Tədbirdə çıxış edənlər yanğınların profilaktikası, baş vermiş yanğın hadisələrinin operativ qaydada qarşısının alınması üçün ərazilərin yanğına qarşı əməliyyat şəraitinin gündəlik nəzarətdə saxlanılması və bu istiqamətdə müvafiq qurumların qarşılıqlı fəaliyyətlərinin düzgün qurulmasının vacibliyini qeyd ediblər.
Seminar-müşavirədə mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI






.jpg)
.jpg)


.jpg)


.jpg)



.jpg)
.jpg)












.png)




