Sosial
Xınalıqda qarın hündürlüyü 20 sm-ə çatdı - FAKTİKİ HAVA

Aprelin 15-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75 %-i), Ağdamda 19 mm (aylıq normanın 39 %-i), Zərdab, Göyçay, Quba və Lerikdə 18 mm (aylıq normanın 25-58%-i), Xaltanda 17 mm (aylıq normanın 24 %-i), Kürdəmir və Yardımlıda 16 mm (aylıq normanın 26-46 %-i) Oğuzda 14 mm (aylıq normanın 14 %-i), Sabirabad, Yevlax və Qəbələdə 12 mm (aylıq normanın 12-44 %-i), Şuşa, Ağsu, İsmayıllı və Şamaxıda 10 mm (aylıq normanın 10-15 %-i), Xaçmaz və Tərtərdə 9 mm (aylıq normanın 26-30 %-i), Altıağac, Şabran və İmişlidə 8 mm (aylıq normanın 11-27%-i), Şəki, Tovuz və Mingəçevirdə 7 mm (aylıq normanın 8-21 %-i), Qobustan, Goranboy, Şahbuz, Qəbələ, Naftalan və Lənkəranda 6 mm, Bərdə, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Daşkəsən, Astara, Biləsuvar, Qax, Zaqatala və Balakəndə 5 mm-dir.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26 %-ni təşkil edir. Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Xınalıqda 20, Qrızda (Quba) 16, Şahdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir. Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şamaxıda 16, Qobustanda 18, Şahbuzda 19, Şahdağda 20, Culfada 24, Bakıda və Abşeron yarımadasında 27 m/s-yə çatır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi
-
Nida Xəbər 28 Aprel 18:55
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian