Sosial
DİN əlavə polis naryadları cəlb etdi
Ölkə ərazisində davam edən leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunaraq davam etdirilir.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə tədbirlər görülür.
Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə tədbirlər həyata keçirilir.
“Bu sahədə işlər fasiləsiz olaraq davam etdirilir. Bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edirik”, - deyə nazirliyin məlumatında bildirilir.
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil25 Aprel 19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi


































.png)