Sosial
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.
Publika.az xəbər verir ki, festivalın açılışı aprelin 28-də Bakı şəhərində baş tutacaq. Ardınca tədbirlər aprelin 29-da Sumqayıtda, 30-da Qubada, mayın 2-də Lənkəranda, 4-də Qəbələdə, 5-də Şəkidə, 6-da Mingəçevirdə, 8-də Gəncədə keçiriləcək və mayın 10-da Xankəndidə yekunlaşacaq. Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən universitetlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Günün ikinci hissəsində isə açıq havada ictimai proqramlar keçiriləcək. Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq. Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir.
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Nida Xəbər 15:23XİN-dən Nyu-York merinə cavab: Təhrikedici bəyanatınızı rədd edirik!
-
Ekologiya15:16İntensiv yağışlar qayıdır - Xəbərdarlıq




































