İMZA-nın İdarə Heyətinin üzvləri BP şirkətində görüş keçirdilər
Bizi izləyin

Sosial

İMZA-nın İdarə Heyətinin üzvləri BP şirkətində görüş keçirdilər

İMZA-nın İdarə Heyətinin üzvləri BP şirkətində görüş keçirdilər

Bu gün İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvləri BP şirkətində görüş keçirib.

Qurumun Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentindən Publika.az-a verilən məlumata əsasən görüş zamanı İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərov birliyin həyata keçirdiyi silsilə layihələr, sosial təşəbbüslər və geniş miqyaslı tədbirlər barədə BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə nəlumat verib.

B.Aslanbəyli İMZA İB-nin gördüyü işləri, xüsusilə sosial şəbəkələrdəki fəaliyyətini yüksək qiymətləndirib.

Müzakirələrdə milli-mədəni irsin qorunması, təhsil və mədəniyyət sahələrindəki layihələrin əhəmiyyəti vurğulanıb. Əməkdaşlıq imkanları və əhəmiyyətli tədbirlərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün sonunda İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən keçirilmiş I Qarabağ Beynəlxalq İqtisadi Forumunda fəal iştirakına və məzmunlu çıxışına görə Bəxtiyar Aslanbəyli sertifikatla təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm