Sosial
Fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
Mədəniyyət Nazirliyinin təşəbbüsü və sifarişi ilə fortepiano fənni üzrə ibtidai sinif şagirdləri – I, II və III siniflər üçün yeni dərslik hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bu, müstəqillik dövründə hazırlanacaq ilk dərslik olacaq.
Məlumatda qeyd olunub ki, hazırda musiqi məktəblərində istifadə olunan dərsliklərin əksəriyyəti ötən əsrin ortalarında yazılmış materiallara əsaslanır. 1955-ci ildə hazırlanmış L.Yeqorova və R.Siroviçin “Fortepianoda çalmaq üçün ibtidai tədris kitabı”, eləcə də Sevda İbrahimovanın, Gülnarə Səfərəliyevanın və digər müəlliflərin vəsaitləri bu gün də istinad mənbələri kimi istifadə olunsa da, müasir təhsil yanaşması, milli intonasiya və yeni pedaqoji prinsipləri tam şəkildə əhatə etmir.
Yeni dərslik isə müasir kurikulumun tərkib hissəsi kimi musiqi təhsili üçün yeni mərhələnin başlanğıcıdır. Layihədə bəstəkar və şairlər, musiqişünaslar, tanınmış pianoçu-müəllimlər bir araya gələrək, uşaqların milli musiqi intonasiyaları ilə zənginləşdirilmiş repertuarla ilk addımlarını atmalarını təmin edəcək dərsliyi ərsəyə gətirirlər.
Bildirilib ki, dərsliyin əsas məqsədi – şagirdlərə fortepiano təhsilinin başlanğıc mərhələsində klssik musiqi nümunələri ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinə əsaslanan yeni bəstəkar əsərlərini təqdim etməklə, onların həm peşəkar, həm də milli-mənəvi inkişafını dəstəkləməkdir.
Pilot layihə çərçivəsində dərsliyin ilk bölməsinin 2025-ci ilin sentyabr ayında təqdim olunması nəzərdə tutulur.
-
Sosial02:12Azərbaycanda broyler yumurtaları da BAHALAŞDI - VİDEO
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO



















.jpg)














