Sosial
Ədalət Partiyasının yeni sədri o seçildi
Mayın 17-də Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayı keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qurultayda seçkili orqanların hesabatları dinlənilib, partiyasının yeni sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin üzvlərinin 1/3-i seçilib.
Qurultayın qərarı ilə bundan sonra partiyaya Mütəllim Rəhimli rəhbərlik edəcək.
Həmçinin partiyanın 56 rayon təşkilatının 54-nün qurultaya nümayəndələri seçilib və protokoldan çıxarışları təqdim olunub.
Qeyd edək ki, bu, Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra ilk qurultayıdır.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb. Nəticədə Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19 Aprel 19:48Miri Yusif qızı ilə - VİDEO
-
Sosial19 Aprel 19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO


































