Sosial
"Qarabağ" ordenli zabit ailə həyatı qurdu
Vətən müharibəsinin iştirakçısı, "Qarabağ" ordenli polkovnik-leytenant Emil Axundov ailə həyatı qurub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, zabitin toyu Bakıdakı dəbdəbəli şadlıq saraylarından birində keçirilib.
O, sevdiyi xanımla nigaha girib.
Toy mərasimində zabitin qohum və dostları ilə yanaşı səngər və döyüş yoldaşları da iştirak edib.
Qeyd edək ki, Emil Aqil oğlu Axundov 1984-cü ildə Lənkəranda anadan olub.
O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Emil Axundov Vətən müharibəsində döyüşə ilk atılan zabitlərdəndir. Onun komandiri olduğu tabor döyüşlərin ilk günlərində təmas xəttini yarıb, Füzulinin Qaraxanbəyli və Merdinli kəndlərini azad edib.
Prezident İlham Əliyevin sərəncamları ilə o, "Qarabağ" ordeni, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə mükafatlandırılıb. Hazırda xidmətini davam etdirir.
Emil Axundovun atası Aqil Axundov Birinci Qarabağ müharibəsinin şəhididir.
-
Sosial04:44105 yaşlı Nazxanım nənə VƏFT ETDİ
-
Səhiyyə02:42Yayılan virusa görə məktəblər bağlana bilər? - MÜTDA-dan AÇIQLAMA
-
Region02:12SON DƏQİQƏ: Etirazçılar SEPAH-ın binasını yandırdılar
-
Sosial01:30Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var - VİDEO/YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan həqiqətlər üzə çıxacaq
-
Sosial8 Yanvar 23:36Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə görün harada gizlənir - YENİLƏNDİ
-
ABŞ8 Yanvar 23:00Azərbaycanlı gənc ABŞ-də İTKİN DÜŞDÜ
-
Magazin18 Yanvar 22:48Elnarə Abdullayeva onun cavabını efirdən verəcək - “Gözdə-qulaqda olun”


















.jpg)













