Sosial
FHN İnsan Hüquqları Aylığı ilə əlaqədar tədbir keçirdi - FOTO
İnsan Hüquqları aylığı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və FHN Akademiyasının birgə təşkilatçılığı ilə nazirliyin Akademiyasının kursant və zabitləri üçün “Xilasetmə işinin təşkilində insan hüquq və azadlıqlarının aliliyinin təminatı” mövzusunda seminar keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, seminarın keçirilməsində məqsəd yetişməkdə olan kadrların diqqətini insan hüquq və azadlıqlarının dövlətin ali dəyər olması prinsipinə yönəltmək, xilasetmə fəaliyyətinin təşkili zamanı bu prinsipin təmin olunmasının fövqəladə hal orqanı işçisinin ümdə vəzifəsi olduğunu onlara bir daha xatırlatmaq olub.
Tədbirdə çıxış edənlər - İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşı mayor Vüsalə Zahirova və Akademiyanın Hüquq bölməsinin rəisi Məmməd Məmmədov iştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, bu sahədə qanunvericilik və təsisati baza, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları, eləcə də İnsan Hüquqları Aylığının məqsədləri haqqında məlumat veriblər. Çıxışlarda, həmçinin fövqəladə hallar orqanları işçilərinin peşə fəaliyyətlərini yerinə yetirərkən etik davranış qaydalarına uyğun olaraq, insanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət prinsipinə əməl etmələrinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman14 Dekabr 20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)















.jpg)














