Sosial
Sabit tarifin tətbiqi kommunal ödənişləri artıracaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, iyunun 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Sözügedən qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Publika.az xəbər verir ki, müzakirələrdən sonra qanunvericiliyə yeni daxil ediləcək sabit tarif anlayışı vətəndaşlarda müəyyən suallar yaradıb.
Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Trend-ə açıqlamasında bildirib ki, sabit tarif anlayışı vətəndaşların vəziyyətini ağırlaşdırmayacaq:
“Əgər vətəndaş eyni tarif dövründə, yəni bugünkü qiymətlərlə istehlaka görə, məsələn aylıq 10 manat ödəyirdisə, həmin dövr üçün sabit tarif 1 manat müəyyənləşəcəksə, vətəndaş istehlaka görə maksimum 9 manat ödəyəcək. Yəni 1 manat sabit tarif, 9 manat isə istehlaka görə, nəticədə yenə 10 manat ödəmiş olacaq. Yalnız istehlakı olmayan - yəni mənzili, bağ evi var, lakin enerji istehlak etmir - abonentlər şərti olaraq 1 manat tarif haqqını ödəyəcəklər. Yəni bu gün üçün vətəndaşların vəziyyətinə mənfi təsir edəcək heç bir hal yoxdur.
Komitə sədri vurğulayıb ki, sabit tarif metodoloji qaydaya görə, əsaslı tarif elementlərindən biri kimi çıxış edir:
“Metodoloji qaydaya görə, sabit tarifin tətbiq olunması istehlakın tariflərinin, qiymətlərinin artması mənasına gəlmir. Burada söhbət mövcud vahid istehlak tarifinin təchizat xərclərinin xarakterinə uyğun ondan ayrılmasından gedir. Yekunda istehlakçılar tərəfindən tarif dövrü üzrə ödənilən ümumi tarif məbləği artmayacaq”.
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO
-
Sağlamlıq15 Dekabr 18:55Çindən Azərbaycana gətirilən bu məhsulda AĞIR METALLAR aşkarlandı - FOTO













.jpg)











.webp)
.jpg)










