Sosial
Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bakı Metropolitenində azyaşlı uşağa qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən şəxs həbs edilib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1991-ci il O.M. 7 iyun 2025-ci il tarixdə, saat 18:48 radələrində metronun 28 may stansiyasında qatarda və platformada azyaşlı uşağa qarşı qeyri-əxlaqi hərəkətlər edərək narahat etdiyinə və sərxoş halda polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.
O.M.-nın qeyri-əxlaqi hərəkətlərinə görə C.V. adlı azyaşlı uşaq metropoliten işçisindən kömək istəyib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Təqsirləndirilən şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
O.M. məhkəmədə içkili olduğu üçün metroda törətdiyi cinayətdən xəbəri olmadığını deyib: "İçkili olduğum üçün hadisə yadımda qalmayıb. Arada içirəm. Bir səhvdir etmişəm".
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.
-
Hadisə03:43Bakıda toy zamanı şadlıq sarayında YANĞIN - VİDEO
-
Magazin201:41Şaxtalı havada bikinidə pozalar verdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhədlərinizi qorumağı unutmayın
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin210 Yanvar 21:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat10 Yanvar 20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
























.jpg)













