Sosial
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı - FOTO
Ağdaşda toyda musiqiçilərlə qonaq arasında insident olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb.
Belə ki, toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.
Məlum olub ki, N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO
































