Sosial
Sumqayıt və Bərdədə ağaclar qanunsuz kəsildi
Son bir həftə ərzində Sumqayıt şəhəri və Bərdə rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, araşdırma zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 30-cu kilometrliyində “Azərtexnolayn” MMC-yə məxsus ərazidə və Bərdə rayonu Arabaçılar kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 30 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
-
İdman21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin221:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB20:24Moskva-İrəvan reysində yanğın - VİDEO
-
Magazin119:36Qumraldan İDDİALI AÇIQLAMA: "Ona qalsa, mən də sənətkaram"
-
Region17:11Etirazçılar daha bir məscidi yandırdılar
-
Magazin216:1067 yaşlı Madonna alt paltarında poza verdi - FOTO
-
Region15:20SEPAH generalının oğlu öldürüldü











.jpg)


























