Sosial
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTO
İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə şəhid övladları üçün 4-cü “YAŞAT” yay düşərgəsi təşkil olunub.
Publika.az xəbər verir ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə keçirilən layihə ümumilikdə 500-dən çox şəhid övladını əhatə edir.
Düşərgədə “Bakcell” tərəfindən Azərbaycanın milli qüruru olan şəhid övladlarına “İnnovasiya və süni intellekt” mövzusunda təlim keçirilib. Təlimin məqsədi uşaqlara süni intellektin gündəlik həyatda necə tətbiq olunduğunu göstərmək və onları texnoloji yeniliklərlə tanış etmək olub.
Tədbir zamanı praktiki nümunələr, öyrədici oyunlar vasitəsilə iştirakçılara süni intellektin iş prinsipi sadə və maraqlı şəkildə izah olunub. İnteraktiv formada təşkil olunan təlim sual-cavab sessiyası ilə yekunlaşıb. Bu təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindəndir. Şirkət gələcək nəsillərin inkişafı üçün sosial layihələr həyata keçirməyə davam edir və bu sahədə fəaliyyətini uğurla genişləndirir. “NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq “NEQSOL Holding” və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





-
Sosial04:44105 yaşlı Nazxanım nənə VƏFT ETDİ
-
Səhiyyə02:42Yayılan virusa görə məktəblər bağlana bilər? - MÜTDA-dan AÇIQLAMA
-
Region02:12SON DƏQİQƏ: Etirazçılar SEPAH-ın binasını yandırdılar
-
Sosial01:30Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var - VİDEO/YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan həqiqətlər üzə çıxacaq
-
Sosial8 Yanvar 23:36Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə görün harada gizlənir - YENİLƏNDİ
-
ABŞ8 Yanvar 23:00Azərbaycanlı gənc ABŞ-də İTKİN DÜŞDÜ
-
Magazin18 Yanvar 22:48Elnarə Abdullayeva onun cavabını efirdən verəcək - “Gözdə-qulaqda olun”


















.jpg)













