Sosial
AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.
Publika.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və təhqiqatlar davam etdirilir.
“Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylərimiz davam etdirilir”.
O, yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini istisna etməyib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































