Sosial
"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib - FOTO
Milli mətbuatın 150 illiyi münasibətilə “Park Bulvar” alış-veriş və əyləncə mərkəzində media nümayəndələri ilə görüş təşkil olunub. Tədbirdə “Park Bulvar”ın Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları jurnalistlərə mərkəzin fəaliyyəti, xidmətləri və yenilikləri barədə ətraflı məlumat veriblər.
Publika.az xəbər verir ki, görüş çərçivəsində “Sports Cafe”də jurnalistlər arasında maraqlı boulinq yarışı təşkil olunub. Yarış nəticələrinə uyğun olaraq qaliblər mükafatlandırılıb. Əyləncəli yarışdan sonra iştirakçılar avtomobil sərgisində iştirak ediblər. Eyni zamanda “Azərsun Holdinq”in milli mətbuatın 150 illiyinə həsr olunmuş sərgi şəkilləri də tanış olublar. Görüş sonda canlı musiqi sədaları altında “Monte Napoleone” restoranında yekunlaşıb.
Qeyd edək ki, bu il həm də “Park Bulvar” ticarət mərkəzinin fəaliyyətə başlamasından 15 il ötür. “Park Bulvar” ölkəmizdə fəaliyyət göstərən ilk irimiqyaslı alış-veriş və əyləncə mərkəzlərindən biri kimi tanınır.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































